ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF əməkdaşları onlayn təlimdə iştirak ediblər
29 sentyabr 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Koreyanın Milli Pensiya Xidmətinin bu ölkənin pensiya-sığorta sistemi sahəsindəki təcrübəsinə dair təşkil etdiyi onlayn təlimdə iştirak ediblər.
Təlimin mövzusunu Koreyanın pensiya təminatı və sosial sığorta sistemi, elektron xidmətlər, əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlət proqramları, pensiya ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılmasının və məqsədyönlü istifadəsinin təmin edilməsinə dair aktual məsələlər təşkil edib.
İki qurum arasında əməkdaşlıq perspektivləri və ikitərəfli əlaqələrin genişləndirilməsi də müzakirə olunub.