DSMF əməkdaşları onlayn tədbirdə iştirak edib
05 oktyabr 2023
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları “iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gəlmiş beynəlxalq layihələrə həsr olunan onlayn tədbirdə iştirak ediblər.
Tədbirdə DSMF nümayəndələri “Azərbaycanda ÜDSY-nin təyin edilməsi üçün maddi-məişət şəraitinin süni zəkaya əsaslanan həll yolu” mövzusunda təqdimatla çıxış ediblər.