ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF əməkdaşları beynəlxalq vebinarda iştirak edib
20 fevral 2024

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Sosial təminat sahəsində tədqiqat, siyasət təhlili və innovasiyaların əlaqələndirilməsi” mövzusunda beynəlxalq vebinar keçirilib. 

DSMF-nin əməkdaşlarının da iştirak etdiyi vebinarda sosial təminat qurumlarının əsas tədqiqat, bilik ehtiyacları, sürətli texnoloji, demoqrafik, sosial, əmək bazarındakı dəyişikliklərin səbəb olduğu yeni çağırışlara, imkanlara cavab vermək üçün inkişaf yolları haqqında fikir mübadiləsi aparılıb. Eləcə də sosial təminat sahəsində inzibati və müvafiq məlumatların daha effektiv istifadəsi üçün əsas problemlər, imkanlar və bu kimi digər məsələlər müzakirə olunub.