ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF əməkdaşları beynəlxalq vebinarda iştirak edib
31 may 2024

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Sosial həmrəylik modelləri və sosial təminatın əhatə dairəsinin genişləndirilməsi” mövzusunda beynəlxalq vebinar keçirilib.

DSMF əməkdaşlarının da iştirak etdiyi vebinarda mövcud sosial təminat proqramları, bu proqramlarla əhatə olunan əhali qrupları, sosial həmrəylik modelləri vasitəsilə bağlılığın inkişaf etdirilməsi, məcburi dövlət sosial sığorta haqlarının yığılmasının, həmçinin uyğunluğun təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Eləcə də alternativ həmrəylik modellərinin sosial təminat əhatəsinin zaman və məkan üzrə genişləndirilməsinə təsiri ətrafında fikir mübadiləsi aparılıb.