Tələbələr təşəkkürnamə ilə təltif olunublar
05 iyun 2024
Dövlət Sosial Müdafiə Fondunda 2023-2024-cü tədris ili üzrə ölkə universitetlərində təhsil alan 80-dən çox tələbə istehsalat təcrübəsi keçir.
Onlar praktiki biliklər əldə etməklə yanaşı, Fondun həyata keçirdiyi sosialyönümlü layihələrə də cəlb olunurlar.
Dövlət Sosial Müdafiə Fondu ilə “McDonald’s Azərbaycan” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində reallaşan tədbirlərdə fəal iştirakına görə təcrübəçi tələbələrin bir qrupu təşəkkürnamə ilə təltif olunublar.
DMSF sədrinin müavini Səfər Mehdiyev tələbələrin Fondun fəaliyyət istiqamətləri üzrə qazandıqları praktiki bilik və bacarıqların onların gələcək iş həyatına müsbət təsir edəcəyinə əminliyini bildirib.