Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onların hər birindən qaydalara uyğun olaraq 300 ml qan götürüblər.
Götürülən qan müvafiq laborator analizlər aparıldıqdan sonra qana ehtiyacı olan insanların müalicəsində istifadə ediləcək.
DSMF-də qanvermə aksiyası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda Vətən müharibəsinin dördüncü ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirilib.
Ölkədə qana ehtiyac duyan insanlara dəstək məqsədi daşıyan aksiyada DSMF əməkdaşları fəal iştirak ediblər.