ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

III “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub
08 fevral 2024

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov III “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov III “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərovla görüşüb.
H.Məmişov qaliblərə Fondun fəaliyyəti, son 5 ildə qazanılmış uğurlar, idarəçilik sistemi, ölkəmizdə sosial təminat sahəsində həyata keçirilən islahatlar, xidmətlərin elektronlaşdırılması barədə məlumat verib. Fond sədri proaktiv təyinat mexanizmlərinin qurulması, xidmət modelinə keçidlə bağlı əldə olunan nailiyyətlərdən, sığorta-pensiya sisteminin təkmilləşdirilməsi və xidmət sahələrinin optimallaşdırılmasından da danışıb. Həmçinin keyfiyyətin artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. 
Müsabiqənin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərov səmimi görüşə və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Qaliblər Fondun əldə etdiyi uğurlar və görülmüş işlərlə bağlı öz fikirlərini bölüşüblər.