DSMF-də görüş olub
17 noyabr 2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Moldova Respublikası Milli Sosial Sığorta Kassasının baş icraçı direktoru xanım Elena Tsıbırne ilə görüşüb.
Görüşdə H.Məmişov ölkəmizdə son illər sosial sığorta və sosial təminat sahəsində aparılan islahatlar barədə məlumat verib, əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi və əhalinin sosial təminatı sahəsində qarşıda duran prioritet hədəfləri diqqətə çatdırıb.
E.Tsıbırne iki qurum arasında pensiya təminatı və sosial sığorta sahəsində qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsindən məmnunluğunu ifadə edib.
Digər