ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF daha bir beynəlxalq mükafata layiq görülüb
07 dekabr 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq mükafata layiq görülüb.
Bu dəfə DSMF İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi “IDDA Awards 2023” adlı beynəlxalq müsabiqədə qalib olub. 
Dövlət Sosial Müdafiə Fondu əvvəlcə ilk beşliyə, daha sonra ilk üçlüyə (finala) yüksələrək, “İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə qalib gəlib. 
Fond “InMerge Innovation Summit” çərçivəsində Bakı Konqres Mərkəzində keçirilmiş təltifetmə mərasimində müsabiqənin ali mükafatı ilə təltif olunub. 
Tədbirdə ekosistemin ən perspektivli innovatorlarının tanıdılması və fəaliyyətlərində onlara dəstək göstərilməsi, eləcə də ölkədə innovasiyaların inkişafında fəal iştirak edən qurumlar arasında rəqabət mühitinin yaradılması və bu sahəyə olan marağın artırılması məsələləri müzakirə edilib. Eyni zamanda sosial təminat sistemlərinin təkmilləşdirilməsi və bu sahədə yeni texnologiyaların tətbiqi imkanlarına dair fikir mübadiləsi aparılıb. 
Beləliklə, Dövlət Sosial Müdafiə Fondu 2022–2023-cü illər ərzində ümumilikdə 16 (11-i bu ildə olmaqla) beynəlxalq mükafatla təltif edilib. 
Həmçinin DSMF son 3 ildə 5 beynəlxalq ISO sertifikatı ilə də təltif olunaraq, fəaliyyətini hazırda həmin standartların tələblərinə uyğun həyata keçirir.