DSMF Biləsuvar rayonunda ictimai dinləmə keçirəcək
06 OKTYABR 2026

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 16 oktyabr 2026-cı il tarixində saat 14:00-da Biləsuvarda rayonun ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək. 

İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Biləsuvar rayonunda yerləşən qəbul şöbəsinə yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.