DSMF beynəlxalq simpoziumda təmsil olunub
22 AVQUST 2025

Koreya Respublikasının Milli Pensiya Xidmətinin təşkilatçılığı, Azərbaycan, Gürcüstan, Malayziya, Koreya, Qazaxıstan, Tailand, Yaponiya, Nepal və Bruneyin sosial təminat qurumlarının nümayəndələrinin iştirakı ilə dövlət pensiyaları sahəsində onlayn beynəlxalq əməkdaşlığa həsr olunmuş simpozium keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarının da iştirak etdiyi simpoziumda adı çəkilən ölkələrin pensiya və sosial sığorta qurumlarının nümayəndələri çıxış edib, ölkələrinin pensiya-sığorta sistemlərinin xüsusiyyətləri, sosial müdafiə sahəsində avtomatlaşdırılmış xidmətlər, habelə pensiya-sığorta sahəsində innovativ yanaşmalar və informasiya-kommunikasiya texnologiyaları (İKT) barədə ətraflı məlumat veriblər.

Eləcə də ölkələr arasında sosial təminat və İKT sahəsində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.