DSMF Ağsuda ictimai dinləmə keçirəcək
18 MART 2025

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 11 aprel 2025-ci il tarixində saat 15:00-da Ağsu rayonunda Şamaxı və Ağsudan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.

İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Ağsu rayonunda yerləşən qəbul şöbəsinə və Şamaxıdakı regional filialına yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.