Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi sammitdə iştirak edib
03 İYUN 2025

DSMF nümayəndəsi İsveçrə Konfederasiyasının Montrö şəhərində keçirilən Avropa Pensiya və İnvestisiyalar Sammitində iştirak edib.

Tədbir çərçivəsində pensiya sistemlərinin dizaynı, rəqəmsallaşma və süni zəkanın pensiya sektorunda tətbiqi, eləcə də bu kimi digər mövzular üzrə təqdimatlar olub, panel müzakirələri keçirilib.

Sammit fondlar, investorlar və beynəlxalq qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması üçün platforma rolunu oynayıb.

Fond nümayəndəsi xarici ölkələrin pensiya və investisiya qurumlarının nümayəndələri ilə mümkün əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb.