ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF-nin növbəti beynəlxalq uğuru
17 OKTYABR 2023

Dövlət Sosial Müdafiə Fondu ABŞ-da yerləşən “Pensiya və İnvestisiyalar” 
beynəlxalq təşkilatının müsabiqəsində birinci yeri tutub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) daha bir beynəlxalq uğura imza atıb.

DSMF ABŞ-da yerləşən nüfuzlu “Pensions & Investments” beynəlxalq təşkilatının “Dünya Pensiya Zirvəsi: mükəmməllik & innovasiya mükafatları 2023” müsabiqəsində birinci yeri tutub.

Müsabiqədə İtaliya, Portuqaliya, Argentina, Almaniya, İspaniya, ABŞ, Niderland, Yunanıstan, İsrail, Kanada da daxil olmaqla, 35 ölkənin müvafiq dövlət qurumları iştirak ediblər.   

Fond müsabiqədə “Azərbaycanda sosial ödənişlərin təyinatında müasir humanist yanaşma: insanyönümlü proaktiv təyinat mexanizmi” layihəsi ilə iştirak edib.

Münsiflər heyətinin yekdil qərarına əsasən DSMF-nin bu layihəsi “Pension Fund Design & Reform” kateqoriyası üzrə ilk yerə layiq görülüb.

Niderland Krallığının Haaqa şəhərində Dünya Pensiya Zirvəsinin sonuncu günü müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

Son illər DSMF-də aparılan ardıcıl islahatlar beynəlxalq səviyyədə maraqla qarşılanaraq yüksək qiymətləndirilir. DSMF son beş ildə 16, ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 46 beynəlxalq mükafat və sertifikatla təltif olunub.