ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Videokonfrans formatında görüş keçirilib
12 iyul 2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov ilə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru Əbdüləziz Haydarov arasında videokonfrans formatında görüş keçirilib.
Görüşdə H.Məmişov son illər, o cümlədən 2023-cü ilin ilk yarısında ölkəmizdə sosial sığorta, pensiya təminatı və sosial təminat sahəsində aparılan islahatlar, tətbiq edilən innovativ həllər, əhalinin sosial rifahının yüksəldilməsi sahəsində qarşıda duran prioritet hədəflərdən danışıb.
Ə.Haydarov isə öz növbəsində pensiya təminatı və sosial sığorta sahəsində iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsindən məmnunluğunu ifadə edib.
Sonda qurumlar arasında əməkdaşlığa dair 2022-ci ilin 24 oktyabr tarixində Mərakeşdə imzalanmış Niyyət Protokolunun icrası ilə bağlı 2023-2024-cü illər üzrə Tədbirlər Planı imzalanıb.