ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF-də Gənclər Günü ilə bağlı görüş keçirilib
02 fevral 2024

Dövlət Sosial Müdafiə Fondunda gənc əməkdaşlarla 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı görüş keçirilib. 
DMSF sədrinin müavini Səfər Mehdiyev bu tarixi gün və ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti barədə məlumat verib. Fondun sədr müavini bildirib ki, 1997-ci ildən etibarən hər il 2 fevral – Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. O bildirib ki, ölkəmizdə gənclərin inkişafına, onların potensialının dəyərləndirilməsinə xüsusi əhəmiyyət verilir. Bu gün Fondda gənc əməkdaşların öz potensialını maksimum reallaşdırması, onların hərtərəfli inkişafının təmin olunması, əmək fəaliyyəti keyfiyyətlərinin yüksəldilməsi ilə bağlı lazımi şərait yaradılıb. 
Sonda Fondun strukturunda çalışan əmək intizamına ciddi riayət edən, kollektivdə yüksək peşəkarlığı ilə fərqlənən və müxtəlif sosial təşəbbüslər göstərən gənc əməkdaşlar təşəkkürnamələrlə təltif edilib. 
Təltif olunan gənc əməkdaşlar onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.