ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF-nin gəlirləri 4 mlrd. 875 mln. manat təşkil edib
18 oktyabr 2023

9 ayın sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz və ya 638 mln. manat çox olmaqla 4 mlrd. 875 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz və ya 462 mln. manat artaraq 3 mlrd. 764 mln. manat olub.

Cari ilin 9 ayında DSMF-nin xərcləri 4 mlrd. 535 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz və ya 643  mln. manat çoxdur.