Layihədə şəhid və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 10-15 yaş aralığında olan 20 övladı iştirak edib.
Layihə çərçivəsində uşaqlara zavod haqqında, gəmiqayırma prosesi, istehsalat mərhələləri, təhlükəsizlik qaydaları ilə bağlı məlumat verilib, onlar üçün ekskursiya təşkil olunub.
Tədbirdə uşaqların əylənməsi üçün şou proqram təqdim edilib. Layihənin məqsədi uşaqların sosial fəallığını artırmaq, onların motivasiya edici və yaddaqalan gün keçirməsini təmin etməkdir.
Sonda iştirakçılara təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Bakı Gəmiqayırma Zavodunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Dəniz qəhrəmanları” adlı layihə korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən təşəbbüs kimi həm maarifləndirici, həm də əyləncəli xarakter daşıyır.







