Cari ilin yanvar-iyul aylarında 75 964 elektron arayış alınıb
13 AVQUST 2025
2025-ci ilin yanvar-iyul ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 75 964 elektron arayış alınıb.
Bu arayışların 26 310-u pensiya, 23 671-i müavinət və təqaüd, 18 338-i fərdi şəxsi hesab, 3 453-ü ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 710-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 285-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 2 182-si əlilliyi olan şəxslərə qulluqla bağlı olub.







