Cari ilin ilk yarımilliyində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 229 425 vətəndaş müraciəti qeydə alınıb
08 İYUL 2026
2026-cı ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 229 425 vətəndaş müraciəti qeydə alınıb.
Müraciətlərdən 91 034-ü pensiya, 58 147-si müavinət, 9 074-ü Prezident təqaüdü, 37 723-ü ünvanlı dövlət sosial yardımı, 7 965-i fərdi uçot və sosial sığorta, 669-u dövlət icbari şəxsi sığorta və 24 813-ü isə digər istiqamətlərlə bağlı olub.







