Cari ilin doqquz ayında 186 159 vətəndaş müraciəti cavablandırılıb
16 OKTYABR 2026

2026-cı ilin yanvar-sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 186 159 vətəndaş müraciəti cavablandırılıb.

Onlardan 171 805-i rəsmi məktub və telefon zəngi, 14 354-ü isə sosial şəbəkə hesablarından daxil olmuş müraciətlərdir.