Cari ilin aprel ayında 41 228 vətəndaş müraciəti cavablandırılıb
06 MAY 2026
2026-cı ilin aprel ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 41 228 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Həmin vətəndaşların 110 nəfəri Fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1 517 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 1 973 nəfəri mərkəzi, 37 628 nəfəri isə regional filiallarda qəbul edilib.







