Cari ilin 9 ayında DSMF tərəfindən ümumilikdə 203 558 vətəndaş müraciəti cavablandırılıb
27 OKTYABR 2025

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 203 558 vətəndaş müraciəti cavablandırılıb.

Bunlardan 188 348-i rəsmi məktub və telefon zəngi, 15 210-u isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.