Cari ilin 8 ayında sığortaedənlərin sayı 3,1% artıb
11 SENTYABR 2025

2025-ci ilin yanvar-avqust aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 65 650 vahid və ya 3,1% artaraq 2 mln. 180 mindən çox təşkil edib.

Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 10 687, fiziki şəxslər üzrə 51 970, torpaq mülkiyyətçiləri üzrə isə 2 993 vahid artıb.