Cari ilin 8 ayında 322 437 vətəndaş müraciəti qeydə alınıb
16 SENTYABR 2025

2025-ci ilin yanvar-avqust ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 322 437 vətəndaş müraciəti qeydə alınıb.

Müraciətlərdən 130 076-sı pensiya, 81 213-ü müavinət, 12 617-si Prezident təqaüdü, 62 485-i ünvanlı dövlət sosial yardımı, 8 444-ü fərdi uçot və sosial sığorta, 1 384-ü dövlət icbari şəxsi sığorta və 26 218-i isə digər istiqamətlərlə bağlı olub