Cari ilin 8 ayında 65 191 nəfərə uşağın anadan olmasına görə proaktiv ödəniş edilib
12 SENTYABR 2025
2025-ci ilin yanvar-avqust ayları ərzində 65 191 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Müavinət ödənişləri 30 629 nəfər qız, 34 562 nəfər oğlan uşağına görə aparılıb.







