ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

CAMPHOOD yay düşərgəsi

Dövlət Sosial Müdafiə Fondu və "McDonald`s Azərbaycan”ın təşkilatçılığı ilə Vətən müharibəsi əlillərinin 10-12 yaş aralığında olan 30-a yaxın övladı üçün yay düşərgəsi təşkil olunub.

Düşərgədə uşaqlar valideynləri ilə birgə iştirak ediblər. Hood Academy MMC-nin təşkilati dəstəyi ilə Bilgəh qəsəbəsində reallaşan 5 günlük CAMPHOOD yay düşərgəsində uşaqlar üçün həm əyləncə proqramları, həm də maarifləndirici tədbirlər təşkil olunub. Uşaqlar yay düşərgəsində səmimi mühitdə yeni dostlar, yeni təcrübələr qazanıb, unudulmaz anlar yaşamaq imkanı əldə ediblər. Düşərgə iştirakçılarına "McDonald's" tərəfindən inkişafetdirici və intelektual oyun hədiyyə paketləri təqdim olunub.