Cari ilin yeddi ayı ərzində MDSS haqları üzrə daxilolmalarda 6,3% artım qeydə alınıb
11 AVQUST 2026
2026-cı ilin yanvar–iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 240,4 milyon manat və ya 6,3% artım qeydə alınıb.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 93,9 milyon manat və ya 7,4%, qeyri-büdcə təşkilatları üzrə isə 242,9 milyon manat və ya 9,9% artımla olub.
Qeyd: Operativ məlumatdır.







