Bu ilin on ayında MDSS haqları üzrə daxilolmalarda 311,3 mln. manat artım qeydə alınıb
06 NOYABR 2026

2026-cı ilin yanvar-oktyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 311,3 mln. manat və ya 5,8% artım qeydə alınıb.

Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 109,1 mln. manat və ya 6,3%, qeyri-büdcə təşkilatları üzrə isə 340,8 mln. manat və ya 9,7% artımla olub.  
Qeyd: Operativ məlumatdır.