Bilik Günü ərəfəsində aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatları təqdim olunub
14 SENTYABR 2025
Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə "Papa Johns Azərbaycan" restoranlar şəbəkəsinin birgə həyata keçirdiyi “Məktəbli çantası” layihəsi çərçivəsində Bakı şəhərində yaşayan və ünvanlı dövlət sosial yardımı alan ailələrin bu il ilk dəfə məktəbə gedəcək övladlarına məktəb çantası və dərs ləvazimatları təqdim edilib.
Layihə paytaxtın Binəqədi, Nizami, Pirallahı, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai və Xəzər rayonlarında yaşayan 50 aztəminatlı ailəni əhatə edib. Layihə çərçivəsində ümumilikdə 50 uşağa məktəb ləvazimatları verilib. Məqsəd aztəminatlı ailələrə sosial dəstək göstərmək, onların bu il ilk dəfə məktəbə gedəcək övladlarını yeni dərs ilinə hazırlamaq olub.
Tədbirin sonunda məktəblilər üçün nahar təşkil edilib.







