ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq vebinar keçirilib
15 may 2024

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Yaxşı idarəçiliklə daha yaxşı nəticələrə nail olmaq üçün hesabatlılığın təkmilləşdirilməsi” mövzusunda beynəlxalq vebinar keçirilib. 
Vebinarda 200-dən çox sosial təminat qurumunun nümayəndəsi iştirak edib. İştirakçılar hesabatlılıqda ən çox rast gəlinən maneələr, bu maneələrin aradan qaldırılması üçün strategiyalar, hesabatlılığın qurumlara idarəetmədə hədəflərinə çatmaqda köməyi və bu kimi digər məsələləri müzakirə ediblər. 
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Beynəlxalq əlaqələr departamenti müdirinin müavini Fəhmin Hacızadə DSMF-nin idarəçiliyində hesabatlılığın rolu, qurum daxilində hesabatlılığı təkmilləşdirmək üçün tətbiq edilən mexanizmlər və yaxşı təcrübələr barədə məlumat verib.