Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə ““Yaxşı idarəçilik” meyarı üzrə ISSA-nın Qiymətləndirmə (Tanıtım) Proqramı tərcübəsi” mövzusunda beynəlxalq vebinar keçirilib.
Vebinarda 150-dən çox sosial təminat qurumunun nümayəndəsi iştirak edib. İştirakçılar ISSA-nın Qiymətləndirmə (Tanıtım) Proqramı, sertifikatlaşdırma prosesinin faydaları və çətinlikləri, qiymətləndirmə prosesinin institusional yaxşı idarəetmənin konseptuallaşdırılmasına və həyata keçirilməsinə köməyi və bu kimi digər məsələləri müzakirə ediblər.
Vebinarda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli DSMF tərəfindən sosial təminat idarəçiliyində həyata keçirilən əsaslı mərkəzləşdirmə və optimallaşdırma siyasəti, eləcə də vətəndaşlara göstərilən digər xidmətlər haqqında ətraflı məlumat verib. O bildirib ki, DSMF bu xidmətlərə görə “Yaxşı İdarəçilik” meyarı üzrə “Mükəmməllik Sertifikat”ına layiq görülüb.