ISSA-nın təşkilatçılığı ilə vebinar keçirilib
29 yanvar 2024
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Sosial və həmrəylik iqtisadiyyatı sosial müdafiənin təminatçısı kimi” mövzusunda beynəlxalq vebinar keçirilib.
DSMF əməkdaşlarının da iştirak etdiyi vebinarda sosial və həmrəylik iqtisadiyyatının, sosial təminatın dayanıqlı inkişafda rolu, milli əmək bazarlarının formalaşdırılmasına həmrəylik, qarşılıqlı etimad, ortaq məsuliyyət kimi dəyərlərin təsiri, böhran dövründə qarşılıqlı yardım cəmiyyətlərinin əsas əhəmiyyəti və bu kimi digər mövzular müzakirə olunub.