ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq vebinar keçirilib
06 iyun 2024

Avropa Sosial Sığorta Platformasının təşkilatçılığı ilə “Avropada süni zəka və sosial müdafiə: çətinliklərin idarə edilməsi və imkanlardan istifadə” mövzusunda vebinar keçirilib.
Vebinarda əsasən Avropa ölkələrinin süni zəka üzrə tənzimləyici bazası, onun dövlət idarəçiliyinə və sosial təminata təsiri müzakirə olunub. Eləcə də süni zəkanın sosial müdafiə sistemində tətbiqi, perspektivli təcrübələr və təkmilləşdirmə yolları, sosial müdafiə sistemində tətbiq edilən innovativ süni zəka həllərini daha da təkmilləşdirmək üçün Avropa səviyyəsində görüləcək işlər kimi bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.