Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) texniki komitələrinin onlayn formatda 20-ci forumu keçirilir
02 MART 2026

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarının da iştirak etdiyi Forumun açılış sessiyasında BSTA-nın prezidenti Mohammed Azman sosial təminat sahəsində mövcud çağırışlar, bu çağırışlara qarşı Assosiasiya tərəfindən həyata keçirilən tədbirlər, eləcə də BSTA-nın qlobal sosial təminat sistemində oynadığı rol barədə məlumat verib.

Daha sonra Assosiasiyanın rəhbər heyəti BSTA-nın 2026–2028-ci illəri əhatə edən üçillik fəaliyyət proqramının əsas istiqamətləri və prioritetləri ilə bağlı icmalı diqqətə çatdırıb.

BSTA-nın baş katibi Marselo Abi-Ramia Kaetano isə müxtəlif sahələrdə əməkdaşlığın və təşəbbüslərin gücləndirilməsindən bəhs edib. Tədbir çərçivəsində yeni strateji mərhələ üçün nəzərdə tutulan texniki komitələrin fəaliyyət planlarının hazırlanması məsələləri müzakirə olunub.

Qeyd edək ki, DSMF-nin sədri BSTA-nın ali icraedici orqanı olan Büronun və BSTA-nın Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin üzvü, Fondun 6 əməkdaşı isə 6 müxtəlif texniki komitənin sədr müavinidir.