Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə layihə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi ilə birgə layihə həyata keçirir.
Məqsəd sosial təminat sahəsində Fond və BQXK arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasıdır. BQXK Azərbaycanda ünvanlı dövlət sosial yardımının göstərilməsi çərçivəsində regionlarda aztəminatlı ailələr, eləcə də internet resurslarına çıxışı məhdud vətəndaşlar üçün texniki dəstək kampaniyasının həyata keçirilməsində Fondla tərəfdaşlıq edəcək.