Azərbaycanda Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim turu olub

Azərbaycanda IMEC (International Mathematics Examination Competition) Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim turu olub. Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü, "McDonald’s Azərbaycan"ın dəstəyi ilə ilkin mərhələdə şəhid ailələrinin və müharibə iştirakçılarının II-XI siniflərdə oxuyan övladları iştirak ediblər.

Olimpiada iştirakçıların analitik düşüncə qabiliyyətini inkişaf etdirir və onları gələcəkdə uğur qazanmağa hazırlayır.Həmçinin bu bilik yarışı beynəlxalq səviyyədə rəqabət aparmaqla yanaşı, şagirdlərə müxtəlif ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurmaq imkanı da yaradır.IMEC-də iştirak etmək gələcəkdə universitetlərə qəbul olmaq və təhsil təqaüdləri qazanmaq üçün də əlavə üstünlüklər verir. Seçim turunda iştirak edən bütün şagirdlər iştirak haqqında sertifikatlarla, ən yüksək nəticə göstərənlər isə xüsusi mükafat və medallarla təltif ediləcəklər.
Olimpiadanın məqsədi gənclərin yaradıcı imkanlarını inkişaf etdirmək, onlardan ən istedadlılarını seçib müəyyənləşdirmək, iştirakçıları həvəsləndirib seçdikləri istiqamətlərə olan maraqlarını artırmaqdır