Avqustda ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 21 584 vətəndaş müraciəti cavablandırılıb
29 SENTYABR 2025
2025-ci ilin avqust ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 21 584 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Bunlardan 20 003-ü rəsmi məktub və telefon zəngi, 1581-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.







