7 735 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödənilib
06 FEVRAL 2026

2026-cı ilin yanvar ayı ərzində 7 735 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Müavinət ödənişləri 3 537 nəfər qız, 4 198 nəfər oğlan uşağına görə aparılıb.