DSMF-nin fəaliyyət istiqamətləri üzrə 48 386 elektron arayış alınıb
23 APREL 2026

2026-cı ilin yanvar-mart ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 48 386 elektron arayış alınıb.

Bu arayışların 21 051-i pensiya, 14 759-u müavinət və təqaüd, 7 283-ü fərdi şəxsi hesab, 2 254-ü ünvanlı dövlət sosial yardımı, 460-ı ünvanlı dövlət sosial yardımı ödənişləri, 440-ı sağlamlıq imkanları məhdud olan uşaqlar, 2 139-u əlilliyi olan şəxslərə qulluqla bağlı olub.