43 529 vətəndaş müraciəti cavablandırılıb
07 yanvar 2024
![](https://dsmf.gov.az/storage/media/4221/31CC9922-80B4-4BDA-9615-C9442D0CE382.jpg)
![](https://dsmf.gov.az/storage/media/4221/31CC9922-80B4-4BDA-9615-C9442D0CE382.jpg)
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2023-cü il ərzində 43 529 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 17 282-si ünvanlı dövlət sosial yardımı, 9 079-u pensiya təyinatı, 11 023-ü sosial müavinət və təqaüd, 278-i sosial sığorta və fərdi uçot, 5 867-si isə digər istiqamətlər üzrə olub.