Bu ilin 10 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 7,6% artım qeydə alınıb
20 NOYABR 2025

2025-ci ilin yanvar-oktyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 371,11 mln. manat və ya 7,6% artım qeydə alınıb.

Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 170,29 mln. manat və ya 10,9%, qeyri-büdcə təşkilatları üzrə isə 405,12 mln. manat və ya 13,1% artımla olub.