2025-ci ildə sosial ödənişlər üzrə əhaliyə 9 630,9 mln. manatdan çox vəsait ödənilib
29 YANVAR 2026
2025-ci ilin yanvar-dekabr ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 795,3 mln. manatdan çox və ya 9% çox olmaqla 9 630,9 mln. manatdan çox vəsait ödənilib.







