2025-ci ildə DSMF-nin fəaliyyət istiqamətləri üzrə 142 577 elektron arayış alınıb
07 YANVAR 2026

2025-ci ilin yanvar-dekabr ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 142 577 elektron arayış alınıb.

Bu arayışların 54 436-sı pensiya, 41 253-ü müavinət və təqaüd, 31 562-si fərdi şəxsi hesab, 5 883-ü ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 1 201-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 2 121-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 6 116-sı əlilliyi olan şəxslərə qulluqla bağlı olub.