2025-ci il DSMF üçün beynəlxalq uğurlarla yadda qaldı
26 YANVAR 2026

Dövlət Sosial Müdafiə Fondu 2025-ci il ərzində 51 ölkənin pensiya və sosial sığorta qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ümumilikdə 103 ikitərəfli və çoxtərəfli görüş keçirib.

DSMF nümayəndələrinin iştirak etdiyi 75 beynəlxalq forum, konfrans, seminar və digər tədbirlərdə Azərbaycanın pensiya və sosial sığorta sistemi təqdim edilib, ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar və tətbiq olunan müasir yanaşmalar beynəlxalq platformalarda təşviq olunub.

2025-ci ildə DSMF 27 beynəlxalq mükafat və mükəmməllik sertifikatı ilə təltif edilib.