Proaktiv təyinat - 196,2 mindən çox
16 noyabr 2023
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası üzrə 196,2 mindən çox pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Onlardan 25,9 mindən çoxu pensiya, 170,3 mindən çoxu müavinət (o cümlədən 54,4 mindən çoxu MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.