111,9 sosial ödəniş proaktiv qaydada həyata keçirilib
21 sentyabr 2023
Bu ilin yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb.
Bu da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib.
Ötən dövrdə 92,5 mini pensiya, 520 mini isə müavinət və təqaüd olan 612,5 min təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb.