Yanvar-sentyabr aylarında 100 506 elektron arayış alınıb
16 OKTYABR 2025

2025-ci ilin yanvar-sentyabr ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 100 506 elektron arayış alınıb.

Bu arayışların 37 065-i pensiya, 30 463-ü müavinət və təqaüd, 22 998-i fərdi şəxsi hesab, 4 451-i ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 925-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 644-ü sağlamlıq imkanları məhdud olan uşaqlar, 2 955-i əlilliyi olan şəxslərə qulluqla bağlı olub.