Yanvar-may ayları ərzində sosial şəbəkələr vasitəsilə 8 299 vətəndaş müraciəti cavablandırılıb
01 İYUN 2026
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2026-cı ilin yanvar-may ayları ərzində 8 299 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 3 130-u ünvanlı dövlət sosial yardımı, 1 582-si pensiya təyinatı, 2 135-i sosial müavinət və təqaüd, 156-sı sosial sığorta və fərdi uçot, 1 296-sı isə digər istiqamətlər üzrə olub.







