Yanvar-iyul aylarında 286 351 vətəndaş müraciəti qeydə alınıb
05 AVQUST 2025
2025-ci ilin yanvar-iyul ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 286 351 vətəndaş müraciəti qeydə alınıb.
Müraciətlərdən 116 126-sı pensiya, 71 908-i müavinət, 10 997-si Prezident təqaüdü, 55 809-u ünvanlı dövlət sosial yardımı, 7 267-si fərdi uçot və sosial sığorta, 1 234-ü dövlət icbari şəxsi sığorta və 23 010-u isə digər istiqamətlərlə bağlı olub.







